MƏDƏNİYYƏT


“Bayatı-Şiraz” Norveç səhnəsində səsləndirilib

Oslo şəhərində yerləşən Norveç Televiziya və Radio Simfonik Orkestrinin zalında Azərbaycan musiqisinə həsr olunmuş kamera konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir həmyerlimiz, orkestrin skripka ifaçısı Narın Musayeva Folgerö və onun musiqiçi həmkarlarının təşkilatçılığı ilə reallaşıb.
Konsertdə Ü.Hacıbəylinin “Arazbarı”, "Aşıqsayağı", Q.Qarayevin simli kvarteti, skripka və fortepiano üçün sonatası, "İldırımlı yollarla" baletindən miniatürlər, "Don Kixot" simfonik qravürlərindən "Səyahət", F.Əmirovun "Muğam-poema", "Məhəbbət rəqsi”, həmçinin M.Haşımov və A.Əliyevin solo skripka üçün işləməsi olan “Bayatı-Şiraz” muğamı səsləndirilib.