Kütləvi tədbirlər zamanı qidalanma ilə bağlı maarifləndirmə işlərinin miqyası genişləndirilib
11.09.2024 [11:15]
Xəbərin mətni
Ölkə ərazisində istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, həmçinin qida məhsullarının emalı və çatdırılması xidmətlərinin qida təhlükəsizliyi tələblərinə uyğun təşkili istiqamətində maarifləndirmə işlərinin miqyası genişləndirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində AQTA tərəfindən ictimai iaşə müəssisələrində, keytrinq xidməti göstərən müəssisələrdə qida ilə düzgün davranış qaydalarına həsr olunan maarifləndirici videoçarxlar hazırlanıb.