Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlanılanlar var

11.09.2024 [11:33]

Xəbərin mətni

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini və satışını təşkil edən əvvəllər məhkum olunmuş Araz Hüseynov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərindən 1 kiloqrama yaxın heroin, tiryək və kibrit qutularında qablaşdırılmış marixuana aşkarlanıb. Araşdırmalar zamanı A.Hüseynovun narkotik vasitələri satış məqsədilə əldə etdiyi müəyyən olunub.