CƏMİYYƏT


Türkiyə Ali Məhkəməsi sədrinin başçılığı ilə nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəzin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri düzüb, əklil qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.