CƏMİYYƏT


Yol polisi “2024 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “2024 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sabah başlayacaq yarışlarla əlaqədar bəzi küçələrdə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən cənubdan mərkəzə doğru, yəni “Azneft” və “Neftçilər” dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etmələri xahiş olunur.