Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

USAID-in Ermənistana maliyyə yardımını artırmaqda məqsədi nədir?

12.09.2024 [17:46]

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artıracaq. Ekspertlər bu addımı aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan görüşünün davamı kimi dəyərləndirir. Bu ilin iyununda isə hər iki ölkə aralarındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaqlarını bəyan ediblər. Digər tərəfdən, Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauerin "erməni sevgisi”ni nəzərə alsaq bu maliyyə yardımı heç də təəccüb doğurmur. Hər fürsətdə Ermənistana səfər edən xanım direktorun fəaliyyətinin belə nəticələnəcəyi gözlənilən idi.

Bölmənin digər videoları