CƏMİYYƏT


Ağdərənin Talış kəndində səyyar tibbi müayinələr təşkil olunub

İşğaldan azad edilən ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda, sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar təşkil edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, azad olunmuş ərazilərə qayıtmış əhali üçün növbəti səyyar müayinələr Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti tərəfindən Ağdərə rayonunun Talış kəndində keçirilib.