CƏMİYYƏT


Türkiyə Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Ömər Kərkəzin başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsində görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Ali Məhkəmənin sədri İnam Kərimov öncə Ömər Kərkəzi qardaş Türkiyənin Ali Məhkəməsinin sədri seçilməsi münasibətilə təbrik edib. Xalqlarımızın qardaşlığı və həmrəyliyi sayəsində iki ölkə arasında bütün sahələrdə əlaqələrin yeni mərhələyə qədəm qoyduğu və daim inkişaf etdiyi vurğulanıb.