Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda mənzilə silahlı basqında və polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirləndirilən şəxs həbs olunub

12.09.2024 [19:00]

Xəbərin mətni

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilib.
Belə ki, sentyabrın 9-da saat 21 radələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rauf İsmayılovun yaşadığı Bakı şəhərinin Binəqədi rayonunda yerləşən mənzilə naməlum şəxslər silahlı basqın edərək külli miqdarda pul tələb edib.