Azərbaycan Türkiyədə keçirilən Beynəlxalq Yörük Türkmən Festivalında təmsil olunur
13.09.2024 [15:19]
Xəbərin mətni
Türkiyədə III Beynəlxalq Antalya Yörük Türkmən Festivalına start verilib.
AZƏRTAC xəbər verir ki, türkdilli xalqların milli-mədəni irsinin ən geniş şəkildə nümayiş etdirildiyi festivalda ölkəmiz Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi tərəfindən təmsil olunur.