Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı metrosunda qatarların hərəkəti payız-qış mövsümünə keçirilir

13.09.2024 [17:54]

Sentyabrın 16-dan “Bakı Metropoliteni” QSC-də qatarların hərəkəti payız-qış mövsümünün tələblərinə uyğun qurulacaq. QSC-dən AZƏRTAC-a bildirilib ki, istirahət dövrünün başa çatması, xüsusən yeni tədris ilinin başlaması ilə əlaqədar xətlərdəki qatarların sayı artırılacaq və hərəkəti sıxlaşdırılacaq, interval azaldılacaq. Qurumun sədri Zaur Hüseynovun imzaladığı əmrə əsasən, qatarların yeni hərəkət qrafiki təsdiq edilib.