Tovuzda 5 yaşlı uşağı avtomobil vurub
13.09.2024 [20:18]
Tovuzda 5 yaşlı uşağı avtomobil vurub. AZƏRTAC xəbər verir ki, hadisə mərkəzi bazarın qarşısında baş verib. Rayonun Abulbəyli kənd sakini Nazim Hümbətov idarə etdiyi "VAZ 21074" markalı nəqliyyat vasitəsi ilə 2019-cu il təvəllüdlü oğlanı vurub. Sürücü dərhal azyaşlını xəstəxanaya çatdırıb. Yaralıya zəruri tibbi yardım göstərilib, vəziyyəti orta ağır qiymətləndirilir.