Azərbaycan Dövlət İnformasiya Agentliyi

Adil Kərimli: Ölkəmizdə mədəni irs obyektlərinin hər biri dövlət tərəfindən qorunur

14.09.2024 [10:48]

Xəbərin mətni

Azərbaycan çoxmillətli dövlət kimi zəngin və rəngarəng mədəni irsə malikdir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun nümayəndə heyətləri rəhbərlərinin görüşündə çıxışı zamanı deyib.

Nazir qeyd edib: “Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni dəyərlərin qorunub saxlanmasına və təbliğinə yönəlib. Hər bir mədəni irs obyekti dövlət tərəfindən qorunur və beynəlxalq aləmdə fəal şəkildə təbliğ olunur”.