Türkiyə səfiri: Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərin gələcəyi üçün yol xəritəsi və yeni müttəfiqliyin bəyanı oldu
15.09.2024 [14:55]
Xəbərin mətni
Sentyabrın 15-də Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakıya gəlişinin və paytaxtımızın bolşevik işğalından azad edilməsinin 106-cı ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşeliyi, türkiyəli iş adamları Şəhidlər xiyabanına gələrək, 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə əklil qoyublar.