CƏMİYYƏT


Heydər Əliyev Fondunun Şamaxı rayonunda daha bir yeni məktəb layihəsi

Şamaxının Hacıqədirli kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan 132 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Yeni istifadəyə verilən məktəb binasının açılışında Heydər Əliyev Fondunun, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi, kənd sakinləri iştirak ediblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək, məktəbin yeni binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagirdlərə təbriklərini çatdırıblar.