Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni binalar, müasir yaşayış kompleksləri - Ağ şəhər

16.09.2024 [20:36]

Qara şəhər XX əsrdə Bakının neft sənayəsi ərazisi kimi tanınırdı, lakin şəhərin inkişafı ilə bağlı müasir tələblər və ekoloji problemlər səbəbindən Qara şəhərin müasirləşdirilməsi və yenidən qurulması qərarı qəbul edildi. Qara şəhərin Ağ şəhərə çevrilməsi həm də Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi idi. Qara şəhərin Ağ şəhəri çevrilməsi isə səbr tələb edən bir proses oldu. Əvvəlcə sənaye və istehsalat sahələri köçürüldü. Ardınca infrastruktur və dizayn dəyişiklikləri aparıldı. Növbəti addımlarda isə ekoloji təkmilləşdirmə, sosial və iqtisadi inkişaf strategiyası tətbiq olundu.