Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda mağazaları talayan və avtomobil qaçıran dəstə üzvləri saxlanılıblar

17.09.2024 [11:00]

Xəbərin mətni

Nərimanov rayonunda yerləşən mağazaların birindən müxtəlif markalı mobil telefon və noutbukların oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş şəxslər - Mehman Mehdiyev, Kamran Hacıyev və Asim Məhərrəmov saxlanılıblar.