Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü münasibətilə tədbir keçirilib

18.09.2024 [17:58]

Xəbərin mətni

Sentyabrın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.