ORDU


Antiterror əməliyyatlarının ildönümü münasibətilə İkinci Fəxri xiyabanda anım mərasimi keçirilib

Sentyabrın 19-da Qarabağda keçirilən lokal antiterror tədbirlərinin ildönümü münasibətilə İkinci Fəxri xiyabanda anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri və şəxsi heyəti, icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir ərazi bütövlüyümüz və suverenliyimiz naminə canında keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.