Azərbaycan Dövlət İnformasiya Agentliyi

Alüminiumdan balıqçı qayığı düzəldən usta - iri müəssisələr iş təklif etsə də, heç birini qəbul etməyib

23.09.2024 [18:23]

Xəbərin mətni

Peşəkar fotoqraf, daha sonra mahir qayıq ustası… Bəli, bir-biri ilə əlaqəsi olmayan bu sahələr uzun illərdir Lənkəranın Sütəmurdov kənd sakini İltifat Quliyevin həyat fəaliyyətinin əsasını təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, illər öncə balıqçılıq təsərrüfatı quran İltifat Quliyev birinci peşəsindən uzaqlaşıb. Elə o vaxtdan istifadəsində olan qayıqlarını təmir etməsi onu bu sahənin peşəkarına çevirib. Onun sözlərinə görə, hazırda ölkəmizdə alüminiumdan balıqçı qayıqları düzəldən yeganə ustadır.