CƏMİYYƏT


Antiterror tədbirləri zamanı şəhid olan Nürəddin Rəsulovun xatirəsi anılıb

Qarabağda erməni separatçılarına qarşı keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Rəsulov Nürəddin Akif oğlunun xatirəsi anılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rəsulov Nürəddin Akif oğlu 1991-ci ildə Füzuli şəhərində dünyaya göz açıb. Hələ 2 yaşındaykən müharibənin ağrı-acılı günlərini yaşayıb və ailəsi ilə birlikdə öz doğma yurdundan məcburi köçkün düşərək Beyləqan rayonunda məskunlaşıblar. Azyaşlı vaxtlarından Vətən həsrəti çəkən Nürəddin gələcəkdə hərbçi olmağı qarşısına məqsəd qoyub. 2008-ci ildə həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Xidmətini layiqincə yerinə yetirdikdən sonra ordu sıralarında qalaraq Vətən keşiyi çəkib.