Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT-də Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatı keçirilib

26.09.2024 [11:36]

Xəbərin mətni

COP29 Sədrliyinin təşkilatçılığı ilə BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Qlobal İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Forum keçirilib.

AZƏRTAC-ın məlumatına görə, forumda açılış nitqi ilə çıxış edən COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, bu il COP29 sammitində tərəflər İkiillik Şəffaflıq Hesabatlarını təqdim edəcəklər.

Onun sözlərinə görə, İkiillik Şəffaflıq Hesabatları (BTR) və Genişləndirilmiş Şəffaflıq Çərçivəsi tərəqqi və etimadın yaradılması üçün çox vacibdir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI