CƏMİYYƏT


Nyu-Yorkda 5-ci Xəzər Biznes Forumu keçirilib

Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə Nyu-Yorkda 5-ci ənənəvi Xəzər Biznes Forumu keçirilib.
AZƏRTAC-ın məlumatına görə, ABŞ və Xəzər regionunun rəsmi şəxsləri, mütəxəssislər və digər maraqlı tərəflər Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında artan biznes və enerji mühitini, regional bağlantı və COP29 gündəliyini müzakirə etmək üçün bir araya gəliblər.
Xəzər Siyasət Mərkəzinin prezidenti Əfqan Nifti açılış nitqində Cənubi Qafqaz və Mərkəzi Asiyanın dünya bazarı və qida zəncirindəki əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bir il əvvəl Mərkəzi Asiya dövlət başçıları və ABŞ Prezidenti Co Bayden arasında keçirilmiş C5+1 görüşü yeni mərhələnin başlanğıcı olub.