CƏMİYYƏT


COP29-un Sülh, Yardım və Bərpa Günü gündəliyində yer alacaq vacib məsələlər müzakirə olunub

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda COP29 Sədrliyi və COP28 sədrliyini həyata keçirmiş BƏƏ-nin Xarici İşlər Nazirliyi iqlimə həssas və humanitar böhran yaşayan ölkələrə həsr olunmuş yüksək səviyyəli tədbir keçiriblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə noyabrın 15-də Bakıda keçiriləcək COP29-un Sülh, Yardım və Bərpa Günü gündəliyində yer alacaq vacib məsələlər müzakirə olunub.