CƏMİYYƏT


Zaqatalaya yağan leysan yağışlarının fəsadları aradan qaldırılır

Bu gün səhər saat 5 radələrindən başlayaraq Zaqatalanın əsasən dağlıq və dağətəyi yaşayış məntəqələrinə güclü leysan yağıb.
AZƏRTAC xəbər verir ki, ərazidən keçən Böyükçay (Muxaxçay), Talaçay və Katex çayda suyun səviyyəsi xeyli artıb.
Böyük Qafqazın ətəklərinə yaxın ərazilərdə yerləşən Yuxarı Çardaqlar, Mazıx, Car və Muxax kəndlərinin inzibati ərazilərinə aylıq normadan bir neçə dəfə çox yağıntı düşüb. Nəticədə Yuxarı Çardaqlar və Muxax kəndlərinin daxilindən keçən arx və bəndlərdə, yollarda sel suların artmasına səbəb olub. Sel kəndlərdə bir sıra həyətyanı sahələri basıb, bəzi kənd daxili yolların infrastrukturna ziyan dəyib.