CƏMİYYƏT


Qobustan rayonunun 98%-i yüksəksürətli internetlə təmin olunub

“Aztelekom” MMC “Onlayn Azərbaycan” layihəsi çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri davam etdirir. Növbəti mərhələdə Qobustan rayonunda sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib, GPON texnologiyası əsasında layihələndirmə işləri həyata keçirilib.  Qobustan rayonunun 98%-i yüksəksürətli internetlə əhatə olunub. Hazırda rayon üzrə ümumilikdə 6000-ə yaxın ev təsərrüfatı və biznes subyekti xidmətlərdən yararlanır. Yeni qoşulmalar davam etdirilir.GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli internet paketləri təklif olunur. Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 25 AZN-dən 44 AZN-dək dəyişir.