CƏMİYYƏT


27 Sentyabr - Anım Günü ilə əlaqədar fləşmob təşkil olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 27 Sentyabr - Anım Günü ilə bağlı fləşmob təşkil edib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış 100 nəfərdən artıq məcburi köçkünün iştirak etdiyi fləşmobda şəhidlərimizin ruhuna ehtiramın və Vətən müharibəsində qazanılan Zəfərin rəmzi olan Xarıbülbül gülünün təsviri yaradılıb.