CƏMİYYƏT


Ötən gün polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir.
Sentyabrın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 8 tapança, 37 qumbara, 15 partladıcı, 4 alışdırıcı, 48 tüfəng, 21 patron darağı və 1322 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.