Xətai rayonunda obyektdə yanğın baş verib
27.09.2024 [15:18]
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub. Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.