Beyləqanda avtomobil aşıb, xəsarət alanlar var
27.09.2024 [21:04]
Xəbərin mətni
Beyləqan rayonunda minik avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə zamanı xəsarət alanlar - Adil Mustafayev, Cahid Mustafayev, Sevinc Mustafayeva, Zeynəb Mustafayeva, Rəvan Məhərrəmov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara dərhal təcili təxirəsalınmaz lazımi tibbi yardım göstərilib, səhhətlərinin normal olduğu bildirilir.