MƏDƏNİYYƏT


X Bakı Beynəlxalq Kitab Sərgisini 120 min kitabsevərin ziyarət edəcəyi gözlənilir

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində təşkil olunacaq X Bakı Beynəlxalq Kitab Sərgisini 120 min kitabsevərin ziyarət edəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Beynəlxalq Kitab Sərgisinə həsr olunmuş mətbuat konfransında Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirilib. Onun sözlərinə görə, ildən-ilə sərgiyə həm ölkəmizdə, həm də dünyada maraq artır: “Bu, olduqca yaxşı haldır. İnanırıq ki, bu tendensiya davamlı olaraq artacaq”.