Ankarada Türk əməkdaşlığının mövcud vəziyyəti və gözləntilər barədə müzakirələr aparılıb
03.10.2024 [23:28]
Xəbərin mətni
Ankarada “Türk Dövlətləri Təşkilatının yaradılması haqqında Naxçıvan Sazişinin 15 illiyi" və “3 Oktyabr - Türk Dövlətləri Əməkdaşlıq Günü” ilə bağlı tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, bu çərçivədə “Türk əməkdaşlığının mövcud vəziyyəti və gələcəkdən gözləntiləri” mövzusunda panel iclas təşkil olunub.
Çıxışlarda bildirilib ki, ümumi əhali sayı 170 milyona çatan TDT bu gün siyasi, iqtisadi, mədəni, hüquqi və sosial kimi 35-dən çox əməkdaşlıq sahəsi üzrə fəaliyyətini davam etdirir və ölkələri yeni əməkdaşlığa təşviq edən platformaya çevrilib.