İQTİSADİYYAT
Süni intellektdə Azərbaycan dilində məlumatlar yetərlidir?
07.10.2024 [19:18]
Süni intelekt texnologiyanın hazırki dövr üçün ən üst səviyyədə inkişafı hesab olunur. Belə ki, artıq süni intellekt sayəsində bir çox işlərimizi asanlıqla həll edə bilirik: süni intelekt əvəzimizə istənilən məzmunda məqalələr yazır, ideyalar tərtib edir, hətta bəzən aparıcılıq da edir. Axtarış sistemlərində də süni intellekt bu gün köməyimizə çatır. Bəs görəsən dünyada daha geniş istifadə edilən süni intellekt ölkəmizdə hansı səviyyədə tətbiq edilir?