Azərbaycan ilə Özbəkistan arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahəsində təcrübə mübadiləsi inkişaf etdirilir
07.10.2024 [20:49]
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Özbəkistan Respublikasının Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Axmad Burxanov ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müdafiə naziri onu Azərbaycanda görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
General-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirildiyini vurğulayıb, bu istiqamətdə görülən işlərdən danışıb.