Macarıstandakı Azərbaycan Evi Nar Festivalı təşkil edib
17.10.2024 [10:54]
Xəbərin mətni
Macarıstandakı Azərbaycan Evi, Azərbaycan Turist Bələdçiləri Assosiasiyası və “AzGranata” şirkəti ilə əməkdaşlıq çərçivəsində macar qonaqları üçün Nar Festivalı təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu tədbir, Azərbaycan narlarının bənzərsiz dadını, faydasını və mədəni əhəmiyyətini qeyd etmək üçün qonaqları bir araya gətirib.