Azərbaycan Dövlət İnformasiya Agentliyi

Astarada kərkəs aşkarlanıb

24.10.2024 [21:05]

Xəbərin mətni

Astara rayonunda kərkəs aşkar edilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu bala quş Astara rayonunun Şiyəkəran kəndində, sakinlərdən birinin həyətində ağacda aşkarlanıb. Sakinlər quşun iki gün ərzində ağacda qaldığını bildirərək, ona kömək edərək aşağı salıblar. Bioloq Yunus Qulamov deyir ki, bu, “Himalay kərkəsi”dir və Astarada ilk dəfə rast gəlinir. Bu quş yırtıcılar dəstəsinə aiddir. O, eyni zamanda, bu quşun insanlara hücum edə biləcəyini də vurğulayıb. Bioloq, quşun vaxtında aşkar edilməsinin önəmli olduğunu, əks halda uşaqlara zərər verə biləcəyini qeyd edib.