Azərbaycan Dövlət İnformasiya Agentliyi

Minadan zərərçəkmiş şəxslərlə bağlı videoçarx hazırlanıb

30.10.2024 [13:27]

Xəbərin mətni

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Ermənistan işğal dövründə Azərbaycan torpaqlarını mina ilə çirkləndirməsi həmin ərazilərin Yer kürəsinin minalarla ən çox çirklənmiş ərazilərindən biri edib. Bu ərazilərdə hələ də partlamamış hərbi sursatlar qalmaqdadır.
Ermənistan minaların basdırıldığı dəqiq mina xəritələrini verməkdən boyun qaçırmaqla insan hüquqlarının pozulması ilə yanaşı, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdış prosesinə də mane olur.