RƏSMİ


Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanul Haqın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, siyasi əlaqələrimizin, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, investisiya və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.