Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29 zamanı iştirakçıların rahat hərəkəti üçün şəhərdə 16 nəqliyyat qovşağı yaradılıb

01.11.2024 [18:51]

Xəbərin mətni

COP29-un rəsmi saytında iştirakçılara rahatlıq yaratmaq üçün hotellərin, nəqliyyat qovşaqlarının və mindirmə nöqtələrinin yerləşməsini göstərən xəritə təqdim edilib. Bu xəritə əsas tədbir məkanları arasında hərəkəti asanlaşdırmağa xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri COP29 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat departamentinin rəhbəri Orxan Mahmudlu noyabrın 1-də keçirilən “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə söyləyib.