ORDU


Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Hərbi orkestrin müşayiəti ilə döyüş bayrağının təntənəli surətdə sıra meydanına gətirilməsindən sonra tədbirlər açıq elan olunub. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.