Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığının Vəliəhdi ilə görüşüb

12.11.2024 [17:42]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İordaniya Haşimilər Krallığının Vəliəhdi Şahzadə II Əl-Hüseyn bin Abdullah ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Vəliəhd Şahzadə II Əl-Hüseyn bin Abdullah atası - İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Əl-Hüseynin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Kral II Abdullah ibn Əl-Hüseynə çatdırmağı xahiş etdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI