RƏSMİ


Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunun Britaniya Baş nazirinin Azərbaycana ilk səfəri olduğunu qeyd etdi. Bildirdi ki, bu səfər Azərbaycanla Böyük Britaniya arasında əlaqələrdə mühüm əhəmiyyət daşıyır və tarixi bir səfərdir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Prezident İlham Əliyevi COP29-un Azərbaycanda keçirilməsi və ölkəmizin bu tədbirə sədrliyi münasibətilə təbrik etdi.