Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göyçayın qədim su dəyirmanı

15.11.2024 [16:06]

Xəbərin mətni

Su dəyirmanları əsrlər boyu xalqımızın məişətində özünəməxsus rol oynayıb. XX əsrdə elektriklə işləyən dəyirmanların yaranması su dəyirmanlarının sıradan çıxmasına və unudulmasına gətirib çıxarıb. Lakin ölkəmizdə fəaliyyət göstərən bu dəyirmanlara az da olsa rast gəlmək olur. Belə dəyirmanlardan biri də Göyçayın Aşağı Qaraməryəm kəndindədir.