COP29
Türkiyəli nazir: Ətraf mühiti qorumaq üçün üzərimizə düşən məsuliyyəti dərk etməliyik
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 20-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyə stendini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında COP29-un dünya miqyasında böyük hadisə olduğunu söyləyib, Azərbaycanın bu tədbirə çox uğurla ev sahibliyi etdiyini deyib.
Abdulkadir Uraloğlu COP29-da müzakirə olunan məsələlərin vacibliyini vurğulayaraq deyib: “Belə tədbirlər müəyyən mənada dönüş və ya başlanğıc nöqtələridir. Bu, dünyada məlumatlılığı artırmaq üçün yaxşı fürsətdir. Fikrimcə, qarşıya qoyduğumuz məqsədlərə çatacağıq”.
COP29-a böyük maraq olduğunu qeyd edən A.Uraloğlu deyib: “Türkiyə olaraq, bu, bizi sevindirir. Lakin hər birimiz ətraf mühiti qorumaq üçün üzərimizə düşən məsuliyyəti dərk etməliyik”.