Balakəndə fərdi yaşayış evi yanıb
22.11.2024 [10:47]
Xəbərin mətni
Balakən şəhəri Rəşid Behbudov küçəsində yanğın qeydə alınıb.
Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən AZƏRTAC-a verilən məlumata əsasən, yanğın şəhər sakin Çingiz Xanlayevə məxsus, ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli, 4 otaqdan ibarət evdə qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində əşyalarla birlikdə dam örtüyünün 20 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları yanıb.