İDMAN


Bakıda COP29 çərçivəsində veloyürüş təşkil edilib

Bakıdakı Türkiyə Təhsil Qurumları və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə COP29 çərçivəsində velosiped turu keçirilib.
AZƏRTAC xəbər verir ki, yürüşdən əvvəl Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.