İQTİSADİYYAT
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib
29.11.2024 [16:29]
Xəbərin mətni
Rusiya paytaxtında MDB İqtisadi Şurasının 104-cü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
İclas MDB İqtisadi Şurasının sədri, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilib.
Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk və MDB-nin Baş katibi Sergey Lebedev görülən işlərlə bağlı məruzələrlə çıxış ediblər.