CƏMİYYƏT
UNİCEF-in hesabatına əsasən hər 4 məktəblidən biri zorakılığa və psixoloji təsirlərə məruz qalır
02.12.2024 [12:45]
Xəbərin mətni
Bullinq təkcə fərdi, ailəni, məktəbi deyil, bütün cəmiyyəti narahat edən problemdir. Bu problemin həlli üçün qüvvələr birləşməli və birgə mübarizə aparılmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq" mövzusunda keçirilən konfransda deyib.