CƏMİYYƏT
İşğaldan azad olunan ərazilərdə işlə təminat necədir?
02.12.2024 [18:57]
Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunan ərazilərə mütəmadi olaraq sakinlərin köçü həyata keçirilir. Azad olunmuş ərazilərə köçürülən insanlar üçün vacib məsələlərdən biri də işlə təminatdır. Həmin ərazilərdə hər il yeni iş yerləri yaradılır. Bəs maraqlıdır işğaldan azad olunan ərazilərə köçürülən insanların məşğulluğunun təmin edilməsi ilə bağlı hansı tədbirlər görülür? Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Vüqar İmanovun sözlərinə görə, sakinlərin uyğun işlə təmin olunması prosesi digər regionlarımızda olduğu kimi bu ərazilərdə də Agentliyin xidmət şöbələri tərəfindən həyata keçirilir.