Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Daşkəsənə qar yağıb

02.12.2024 [21:55]

Xəbərin mətni

Daşkəsən rayonuna günorta saatlarından qar yağmağa başlayıb. Hazırda rayon ərazisində qarın yağması və şaxtalı hava şəraiti davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Daşkəsən şəhərində yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda mütəmadi olaraq qarın təmizlənməsi işləri aparılır, qum-duz qarışığı səpilir.

Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilə yaranmayıb.

Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava şəraitinə uyğun qurub.